İstanbulda Azərbaycan komandasının da qatıldığı Karate 1 Premyer Liqa turniri başa çatıb.
Azərbaycan Milli Karate Federasiyanın mətbuat xidmətinin rəhbəri Sənan Məhərrəmovun Bizim.Media-ya verdiyi məlumata görə, komandamız yarışı 1 gümüş, 3 bürünc medalla başa vurub.
Belə ki, karateçilərimizdən kişilər arasında mübarizə aparan Firdovsi Fərzəliyev (60 kq) yarışın gümüş medalını qazanıb. Kişilərin yarışında digər karateçimiz Asiman Qurbanlı (+84) isə bürünc medala sahib olub.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan taekvondoçusu qızıl medal qazandı – İSTANBULDA - FOTO
Turnirdə qadınlar arasında gücünü sınayan İrina Zaretska (68 kq) da üçüncü yerə layiq görülüb. Daha bir bürünc medalı isə kata komandamız (Rövşən Əliyev, İsmayıl Quliyev, Tural Balcanlı) qazanıb.
Qeyd edək ki, turnirdə federasiyanın prezidenti Yaşar Bəşirovun rəhbərliyi altında 21 idmançı iştirak edib.
Beynəlxalq hakimlərimiz - Cahangir Babayev, Vüqar Kərimov və Anar Allahverdiyev nüfuzlu Premyer Liqa turnirini idarə edənlər arasında yer alıblar. Yarışa, ümumilikdə, 75 ölkədən 865 karateçi qatılıb.
Milli komandamız turnirdən əvvəl İstanbulda 10 günlük təlim-məşq toplanışında iştirak edib.
Bizim.Media