Futbol üzrə Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunları keçirilib.
Bizim.Media xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” doğma meydanda Cəbəllütariqin “Linkoln” klubu ilə qarşılaşıb.
İlk oyunda səfərdə rəqibini 2-1 hesabı ilə məğlub edən Ağdam təmsilçisi cavab oyununu da yüksək səviyyədə keçirib. Oyunda artıq 7-ci dəqiqədə hesab açılıb. Abdulla Zubir fərqlənib.
İlk yarının artırma dəqiqələrində Bəhlul Mustafazadə dəqiq baş zərbəsi ilə 2-ci topu rəqibin qapısından keçirib.
İkinci hissədə “Qarabağ” daha 2 qol vurmağı bacarıb. 50-ci dəqiqədə albaniyalı hücumçu Redon Cica hesabı 3-0 edib.
Görüşdə son nöqtəni isə Marko Yankoviç qoyub. 4-0 hesabı ilə inamlı qələbə qazanan “Qarabağ” növbəti mərhələyə vəsiqə qazanıb. Qurban Qurbanovun komandası ikinci mərhələdə Polşanın “Rakov” komandası ilə qarşılaşacaq.
20:00 “Qarabağ” (Azərbaycan) – “Linkoln” (Cəbəllütariq)
4:0 (İkinci hissə)
Qollar: Abdullah Zubir, 7, Bəhlul Mustafazadə, 45+1, Redon Cica, 50, Marko Yankoviç, 62
Baş hakim - Eldoryan Hamiti (Albaniya)
İlk oyun - 2:1
Bakı, Olimpiya stadionu.
Rəşad Rafiqoğlu, Bizim.Media