Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” bu gün yerli futbolçularla anlaşıb.
Bizim.Media xəbər verir ki, ötən mövsüm 27 qolla Birinci divizionun bombardiri olan Orxan Əliyev, eləcə də komandanın Premyer Liqada vəsiqə qazanmasında pay sahibi olan Vüsal Şabanov, Tuqay Əlizadə, Bayraməli Qurbanov, Həzrət İsayev və Vadim Abdullayevlə müqavilə yenilənib.
“Səbail”dən Turan Manafov və Nihat Qurbanlı, “Kəpəz”dən Nicat Süleymanov, “Şamaxı”dan Elçin Mustafayev də yeni mövsümdə “Araz-Naxçıvan”ın formasını geyinəcək. Abdulla Rzayev isə “Sabah”dan icarəyə götürülüb. Onlarla imzalanan müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, buna qədər “Araz-Naxçıvan” 3 legionerlə - qapıçı Semir Bukviç, Nuno Miguel və Vandersonla anlaşıb. Heyətin komplektləşdirilməsi istiqamətində çalışmalar davam etdirilir.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
17:15 / 19.07.2023
“Araz Naxçıvan” 11 futbolçu ilə müqavilə BAĞLADI
Hazırda oxunan: “Araz Naxçıvan” 11 futbolçu ilə müqavilə BAĞLADI
Hazırda oxunan: “Araz Naxçıvan” 11 futbolçu ilə müqavilə BAĞLADI
147028
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.