“Qəbələ” Türkiyədə Şimali Makedoniya klubu ilə QARŞILAŞACAQ 

Hazırda oxunan: “Qəbələ” Türkiyədə Şimali Makedoniya klubu ilə QARŞILAŞACAQ 

146970

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün 3-cü yoxlama oyununu keçirəcək.  

Bizim.Media xəbər verir ki, bu, “qırmızı-qaralar”ın qardaş ölkədəki hazırlıq prosesində son sınağı olacaq.  

Toplanışın 9-cü günündə meydana çıxacaq Elmar Baxşıyevin yetirmələri Şimali Makedoniyanın “Qostivar” klubu ilə qarşılaşacaq. Matç komandanın məskunlaşdığı “Termal otel”in məşq bazasında baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.  

Qeyd edək ki, Şimali Makedoniyanın eyniadlı şəhərini təmsil edən “Qostivar”ın əsası 1998-ci ildə qoyulub. 2022-2023-cü illər mövsümündə ikinci dəstədə mübarizə aparan komanda 2-ci yeri tutub. Bu, Qostivar təmsilçisinə birinci liqaya vəsiqə verib.  
Xatırladaq ki, Boluda iki yoxlama oyunu keçirən “Qəbələ” Moldova “Sukleya”sı (4:2) və Rusiya “Orenburq”u (1:1) ilə qarşılaşıb. 

Yoxlama oyunu: 

19 iyul 
19:00. “Qəbələ” – “Qostivar” 
Bolu. “Termal otel”in məşq bazası 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin