“Neftçi” Moskvada məşqə çıxdı

Hazırda oxunan: “Neftçi” Moskvada məşqə çıxdı

146598

“Neftçi”nin Rusiya toplanışı davam edir.  

Bizim.Media xəbər verir ki, Sankt-Peterburq şəhərində təşkil olunmuş “Matç TV Kuboku”nu başa vuran komanda ötən gün paytaxta yollanaraq orada ilk məşqə çıxıb.  

Moskva “Spartak”ının təlim-məşq bazasında baş məşqçi Adrian Mutunun rəhbərliyi altında keçirilən hazırlıq prosesində əsasən toplu çalışmalar yerinə yetirilib.  
“Neftçi” iyulun 18-də “Spartak”la yoldaşlıq oyunu keçirəcək. Bu matç Bakı vaxtı ilə saat 21:00-dan etibarən “Otkrıtiye Bank Arena”da təşkil olunacaq və “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.  

Komanda iyulun 19-da Bakıya qayıdacaq və hazırlığını paytaxtda davam etdirəcək.  

Yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək “Neftçi” qitəmiqyaslı yarışın II təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də “Bakcell Arena”da keçiriləcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin