Azərbaycan Premyer Liqasının daha bir klubu təlim-məşq toplanışının birinci mərhələsini başa vurub. “Turan Tovuz” hazırlığın ikinci mərhələsi üçün Türkiyəyə yollanıb.
Bizim.Media xəbər verir ki, Tovuz təmsilçisi iyulun 28-dək Ankaranın Qızılcahamam bölgəsində yerləşən “Cam” otelində məskunlaşacaq. Komanda bu müddətdə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Rəqiblərdən biri Super Liqa təmsilçisi “Adana Demirspor” olacaq. Görüş iyulun 17-nə təsadüf edəcək.
Qeyd edək ki, “Turan Tovuz” yay fasiləsindəki ilk yoxlama görüşünü ötən gün “Araz-Naxçıvan”a qarşı keçirib və 5:1 hesablı qələbə qazanıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
18:25 / 13.07.2023
“Turan Tovuz” komandası Türkiyəyə yollandı
Hazırda oxunan: “Turan Tovuz” komandası Türkiyəyə yollandı
Hazırda oxunan: “Turan Tovuz” komandası Türkiyəyə yollandı
146092
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.