3 qızıl medal qazanan idmançımız: “Avropa birinciliyinə rekord üçün getmişdim”

Hazırda oxunan: 3 qızıl medal qazanan idmançımız: “Avropa birinciliyinə rekord üçün getmişdim”

145407

“Moldovaya rekord üçün getmişdim”.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycanın yeniyetmə ağırlıqqaldıranı Ravin Alməmmədov Moldovanın paytaxtı Kişineuda keçirilən Avropa birinciliyindəki çıxışı barədə danışarkən deyib.

Üç “qızıl” qazanan idmançı daha yaxşı nəticə göstərə biləcəyini söyləyib:

“Yarış çox yaxşı, istədiyimiz kimi keçdi. Bundan da artığı ola bilərdi. Üç qızıl medal qazandım. Həm təkanla, həm birdən qaldırmaqda, həm də ümumi nəticədə birinci oldum”.

R.Alməmmədov qarşıdakı dünya çempionatında da uğur qazanmaq istədiyini əlavə edib:

“Növbəti yarışlara hazırlaşırıq. 20 yaşlıların dünya çempionatı olacaq. Orada da özümü göstərmək istəyirəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin