Azərbaycan güləşçisi Rəşad Veysəlov Macarıstanın Kaposvar şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Bizim.Media xəbər verir ki, “Qəbələ” idman klubunun idmançısı üçüncü yer üçün görüşdə erməni idmançı Papik Nersisyanla üz-üzə gəlib. O, rəqibi üzərində 10:0-lıq təmiz qələbə qazanaraq bürünc medalı boynundan asıb.
Bizim.Media