Rusiyada keçirilən “Matç TV” turnirində iştirak edən “Neftçi” bu gün Sankt Peterburqda növbəti matçına çıxacaq.
Bizim.Media xəbər verir ki, “ağ-qaralar” Serbiya klubu “Srvena Zvezda” ilə üz-üzə gələcək. Oyun “Smena” stadionunda baş tutacaq və saat 20:30-da başlayacaq. Serbiya təmsilçisi ilə oyun “Matç TV” kanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, “Neftçi”nin turnirdəki son rəqibi Türkiyənin “Fənərbaxça” klubu olacaq. Azərbaycan təmsilçisi İstanbul nəhəngi ilə iyulun 15-də (“Smena” stadionu, saat 15:00) qarşılaşacaq. “Ağ-qaralar” Sankt Peterburqa keçirdiyi ilk oyununda “Zenit”ə 1:3 hesabı ilə uduzub.
Xatırladaq ki, Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Neftçi” qitəmiqyaslı yarışın 2-ci təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo Minsk” (Belarus) cütünün qalibi ilə qarşılaşacaq. “Ağ-qaralar” ilk sınağına iyulun 27-də səfərdə çıxacaq, cavab matçı isə avqustun 3-də Bakıda olacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
12:46 / 08.07.2023
“Neftçi” “Srvena Zvezda” ilə QARŞILAŞIR
Hazırda oxunan: “Neftçi” “Srvena Zvezda” ilə QARŞILAŞIR
Hazırda oxunan: “Neftçi” “Srvena Zvezda” ilə QARŞILAŞIR
145199
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.