Biz yarışa getməzdən əvvəl orada erməni idmançılarının da iştirak edəcəyini bilirdik.
Bizim.Media xəbər verir ki, bu sözləri Batumidə keçirilən beynəlxalq turnirdə Azərbaycanı təmsil edən karateçi Zəki Cəfərzadə deyib.
O, qeyd edib ki, onlar yarışa çox yaxşı bir formada hazırlaşıblar:
“Biz əlimizdən gələni etdik ki, onlarla heç bir problem yaranmasın. Lakin onlar bizim bayrağımızın üzərinə Ermənistanın bayrağını qoydular. Mən bunu ilk gördüyüm anda reaksiya verərək, iradımı bildirdim. Hər şeydən əvvəl bir azərbaycanlı vətəndaş kimi bayrağımıza qarşı edilən hörmətsizliyi cavabsız qoymadım”.
Bizim.Media