Rəşad Nəbiyev Avropa çempionatında tarixi nəticə göstərən cüdoçuları qəbul edib

Hazırda oxunan: Rəşad Nəbiyev Avropa çempionatında tarixi nəticə göstərən cüdoçuları qəbul edib

144395

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev yeniyetmələrdən ibarət Azərbaycan milli komandasının üzvlərini qəbul edib. 

Federasiyanın mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, o, idmançıları 22-25 iyunda Portuqaliyanın Odivelas şəhərində keçirilən Avropa çempionatında əldə edilən tarixi nəticəyə görə təbrik edib. 

R.Nəbiyev turnir boyunca komanda üzvlərinin fədakarlıq və əzmkarlıq göstərdiklərini vurğulayıb: “Bu nəticələr bizə gələcəyə ümidlə baxmağa imkan verir". 

Federasiya prezidenti idmançıların beynəlxalq turnirlərdə ölkəni layiqincə təmsil etmək imkanı yaradan təlim-məşq toplanışlarında davamlı iştirakının önəmindən danışıb. O, qızların beynəlxalq turnirlərdə əldə etdikləri nəticələrin müsbət istiqamətdə inkişaf etməsinə diqqət çəkib, federasiyanın ölkədə qadın cüdosunun inkişafı məqsədilə həyata keçirdiyi tədbirlərin ortamüddətli və uzunmüddətli dövrlərdə bu nəticələrin daha da yaxşılaşmasına ciddi töhfə verəcəyinə inandığını qeyd edib. 

R. Nəbiyev qarşıdan gələn Avropa Gənclər Yay Olimpiya Festivalı, MDB Oyunları və Dünya Çempionatı kimi mötəbər yarışlarda milli komandanın heyətinə uğurlar arzulayıb. 

Görüş zamanı yeniyetmə cüdoçuların təhsillərinə və ümumi dünyagörüşlərinin inkişaflarına xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanaraq bu istiqamətdə müvafiq tapşırıqlar verilib. 

Görüşdə ACF-in prezidentinin müşaviri Natiq Bağırov, baş katib Rəşad Rəsullu və federasiyanın digər rəsmiləri də iştirak ediblər. 

Qeyd edək ki, Azərbaycanın cüdo millisi Avropa çempionatının fərdi yarışlarında 6 qızıl və 3 bürünc olmaqla 9 medal əldə edib. Yığma medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yerə, qızlar arasında isə 4-cü yerə sahib olub. Qarışıq komanda yarışlarında isə cüdoçular qızıl medal qazanıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin