"Sübut etdim ki, italiyalı idmançıdan daha güclüyəm" - Avropa Oyunlarının qalibi

Hazırda oxunan: "Sübut etdim ki, italiyalı idmançıdan daha güclüyəm" - Avropa Oyunlarının qalibi

144153

"Sübut etdim ki italiyalı idmançıdan daha güclüyəm. Avropa çempionatında hakimlər qələbəni ona vermişdilər və mən finalda məğlub olmuşdum".

Bizim.Media xəbər verir ki, bunu report.az-a açıqlamasında Avropa Oyunlarında qızıl medal qazanmış kikboksçu Fərid Ağamoğlanov deyib.

Full-kontakt növündə 63.5 kq-da mübarizə aparan idmançı finalda İtaliya təmsilçisi Damiano Salvatore Tramontanaya qalib gəlib.

F.Ağamoğlanov qeyd edib ki, yarışa uzun müddət hazırlaşıb:

"Əsas da Damiano ilə görüşü xüsusi gözləyirdim. Sevinirəm ki, 44 günlük Vətən Müharibəsinin iştirakçısı, qalib ölkənin, qalib əsgəri kimi, bu gün də qələbə qazandım və bayrağımızı yüksəklərə qaldırdım".

Kikboksçu yekunda Polşada onu tək qoymayan azərbaycanlı idmansevərlərə təşəkkürlərini çatdırıb:

"Qələbə və azarkeşlərin dəstəyi sayəsində möhtəşəm təəssüratlarım var. Hər kəsi, bütün Azərbaycan xalqını təbrik edirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin