“Hazırlıqlarımız pis getmir. Futbolçular çox yükləniblər. Heç bir futbolçuya keçirilən iki yoxlama matçında 90 dəqiqə oynamağa şərait yaratmadıq”.
Bizim.Media xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Komandasının Avstriya toplanışını dəyərləndirən çalışdırıcı futbolçulardan razı qaldığıbı bildirib:
“Hər iki oyunda komandadan razı qaldım. Yorğun olmalarına baxmayaraq, ciddi səhvləri nəzərə almasaq, düzgün oynamağa çalışdılar. Get-gedə daha da yaxşılaşacaq. Hamı ürəkdən məşq edir, bu hazırlığa çox ciddi yanaşır. Qarşıda 3-cü oyunumuz var. O oyuna kimi daha yaxşı olacaq”.
Təcrübəli mütəxəssis Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Cəbəllütariqin “Linkoln” klubu ilə keçiriləcək görüşə ciddi hazırlaşdıqlarını vurğulayıb:
“İlk oyunda ola bilər ki, istədiyimiz performansda olmayaq. Həm texniki, həm də fiziki cəhətdən çatışmazlıqlarımız ola bilər. Buna baxmayaraq, oyuna çox ciddi yanaşırıq. İnanıram ki, futbolçularımız “Linkoln”la oyunda öz optimal formalarına yaxın olacaqlar. Futbolçularıma təşəkkür edirəm. Bütün məşqlərdə çox məsuliyyətlidirlər. Əsas məni qane edən budur. Qarşıdakı günlərdə çatışmazlıqları aradan qaldırmağa çalışacağıq”.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
12:37 / 02.07.2023
Qurban Qurbanov: “Çatışmazlıqlarımız var”
Hazırda oxunan: Qurban Qurbanov: “Çatışmazlıqlarımız var”
Hazırda oxunan: Qurban Qurbanov: “Çatışmazlıqlarımız var”
144138
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.