“Roma”nın baş məşqçisi Joze Mourinyo İtaliya A Seriyasının yeni mövsümünün ilk iki oyununu buraxacaq.
Bizim.Media İtaliya mətbuatına istinadən xəbər verir ki, İtaliya Federal Məhkəməsi portuqaliyalı mütəxəssisin yeni mövsümdə 10 gün müddətinə futboldan uzaqlaşdırılmasına qərar verib.
Buna onun A seriyasında mayda keçirilən “Monza”ya qarşı matçda (1:1) baş hakim Daniele Çiffi haqda təhqiramiz ifadələr işlətməsi səbəb olub.
Mourinyo İtaliya çempionatının ilk iki görüşünü buraxacaq. O, həmçinin 50 min avro cərimə ödəməli olacaq.
Qeyd edək ki, bundan əvvəl UEFA Joze Mourinyonu avrokuboklarda 4 oyunluq cəzalandırıb. Məşqçi Avropa Liqasının final oyununun hakiminin ünvanına təhqiramiz ifadələrə görə bu cəzaya məruz qalıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
22:43 / 29.06.2023
Mourinyoya növbəti cəza
Hazırda oxunan: Mourinyoya növbəti cəza
Hazırda oxunan: Mourinyoya növbəti cəza
143831
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.