Türkiyənin İstanbul şəhərində taekvondo üzrə ənənəvi beynəlxalq “Turkish Open” turnirinə start verilib.
Bizim.Media xəbər verir ki, G1 kateqoriyalı yarışda Azərbaycanı 12 taekvondoçu təmsil edir.
İlk yarış günündə 87 kq çəki dərəcəsində mübarizəyə qatılan Milad Beigi Hərçəqani bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.
MÖVZU İLƏ BAĞLI:
“Böyük dəbilqə”: Rüstəm Orucov bürünc medal uğrunda mübarizə aparacaq
Böyüklər arasında üç gün davam edəcək turnirə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə baş məqçisi Reza Mehmandust və qadınların baş məşqçisi Elnur Amanov, idmançılardan Bəhruz Quliyev (54 kq), Pərviz İsgəndərov (58 kq), Qasım Aslanov və Xanoğlan Kərimov (hər ikisi 63 kq), Cavad Ağayev və Yaşar Babayev (hər ikisi 68 kq), Ayxan Tağızadə (74 kq), Səid Quliyev (80 kq), Taleh Süleymanov və Milad Hərçəqani (hər ikisi 87 kq), Radik İsayev (+87 kq), qadınlardan isə Patimat Abakarova (53 kq) yollanıb.
Sayca 8-ci olan turnirdə 46 ölkədən 1 590 idmançı bütün kateqoriyalarda (böyüklər, gənclər, yeniyetmələr və pumse) mübarizə aparır.
Bizim.Media