Nazir: “Əsas işlərimizdən biri regionlarda idmanın digər növlərini də təbliğ etməkdir”

Hazırda oxunan: Nazir: “Əsas işlərimizdən biri regionlarda idmanın digər növlərini də təbliğ etməkdir”

143622

“Ölkəmizdə gender bərabərliyinin yüksək dərəcədə pozulduğunu düşünmürəm. Bu istiqamətdə daim işləməliyik və gender bərabərliyi məsələsini federasiyalarla da müzakirə edirik”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov iyunun 27-də Bakıda Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının (MINEPS VII) açılış mərasimindən sonra təşkil olunan mətbuat konfransında deyib. 

“Bir çox rayonlarda yalnız eyni idman növləri inkişaf edir. Bizim əsas işlərimizdən biri regionlarda idmanın digər növlərini də təbliğ etməkdir. Amma regionlarımızda da idmanla peşəkar səviyyədə məşğul olan kifayət qədər qızlarımız var. Diqqət etsək, bu gün güləş komandamızda bir çox çəki dərəcələrində qızların sayının artdığını görərik. Əlbəttə ki, bu, təbliğatdan çox asılıdır. Biz gərək bu işi daha da gücləndirək”, - deyə nazir vurğulayıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin