III Avropa Oyunları: Boksçumuz ikinci qələbəsini qazanıb - FOTO 

Hazırda oxunan: III Avropa Oyunları: Boksçumuz ikinci qələbəsini qazanıb - FOTO 

143592

Azərbaycan boksçusu Məhəmməd Abdullayev (+92 kq) Polşada keçirilən III Avropa Oyunlarında növbəti döyüşünü keçirib. 

Bizim.Media xəbər verir ki, dünya çempionatının mükafatçısı səkkizdəbir finalda Gürcüstan idmançısı Nikoloz Beqadze ilə üz-üzə gəlib. 

M.Abdullayev görüşü qələbə ilə başa vuraraq mərhələ adlayıb. Boksçumuz dörddəbir finalda yunanıstanlı Stilianos Poulias ilə qarşılaşacaq. Həmin görüş iyunun 28-də keçiriləcək. 
Xatırladaq ki, idmançımız ilk görüşdə Türkiyə təmsilçisi Uğur Aydemiri məğlub etmişdi. 

Bu gün daha iki boksçumuz rinqə çıxacaq. Anaxanım İsmayılova (50 kq) Rita de Pinyo Soares (Portuqaliya), Məhsəti Həmzəyeva-Ağamalıyeva (57 kq) isə Tatevik Xaçatryan (Ermənistan) ilə qarşılaşacaqlar. 










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin