Badmintonçumuz Keişa Fatimə Zəhra Polşada keçirilən III Avropa Oyunlarında növbəti qələbəsini qazanıb.
Bizim.Media xəbər verir ki, qadınların şəxsi yarışında D qrupunun ikinci turu çərçivəsində Moldova təmsilçisi Vlada Ginga ilə qarşılaşan təmsilçimiz hər iki setdə rəqibini üstələyərək (21:10, 21:17) səkkizdəbir finala vəsiqəni təmin edib.
Badmintonçumuz qrup mərhələsində son görüşünü iyunun 28-də Almaniya idmançısı Li Yvonneyə qarşı keçirəcək.
Qeyd edək ki, idmanın badminton növü Avropa Oyunlarında qitə çempionatı statusu daşıyır. Dünya çempionatından sonra "Paris-2024" Yay Olimpiya Oyunlarına ən yüksək reytinq xalları verir.
Bizim.Media
- A-
- A
- A+
İdman
16:03 / 27.06.2023
Badmintonçumuz Avropa Oyunlarında növbəti MƏRHƏLƏDƏ
Hazırda oxunan: Badmintonçumuz Avropa Oyunlarında növbəti MƏRHƏLƏDƏ
Hazırda oxunan: Badmintonçumuz Avropa Oyunlarında növbəti MƏRHƏLƏDƏ
143559
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.