İdmançımız Namiq Cəfərovdan yeni DÜNYA REKORDU  – FOTO/VİDEO 

Hazırda oxunan: İdmançımız Namiq Cəfərovdan yeni DÜNYA REKORDU  – FOTO/VİDEO 

143513

Qırğızıstanın paytaxtı Bişkek şəhərində paurliftinq və “Strict Curl” üzrə açıq Avropa çempionatı keçirilib. 

Bizim.Media xəbər verir ki, yarışda Azərbaycanı Strongman Federasiyasının vitse-prezidenti, tanınmış idmançı poverliftinq üzrə 7 qat Avropa, 4 qat Dünya çempionu, həmçinin 10 qat respublika çempionu Namiq Cəfərov və Qazaxıstanda yaşayan həmyerlimiz Rauf Kazımov təmsil edib.  

Yeni dünya rekordu 

Hər iki idmançımız açıq Avropa çempionatında uğurlu çıxışları ilə yadda qalıblar. Namiq Cəfərov “Strict Curl” üzrə yarışda dünya rekordunu yeniləyib.

Belə ki, o, əvvəlki rekord 72 kq-dan daha yüksək 72,5 kq çəkini qaldıraraq dünya rekordunun yeni sahibi olub. Növbəti yanaşmada isə təmsilçimiz 75 kq çəkini də ram etməyi bacarıb.

Beləliklə Namiq Cəfərov 82,5 kq çəki dərəsində masters kateqoriyasında 75 kq-lıq nəticə ilə yeni dünya rekordu müəyyənləşdirib.  

Qeyd edək ki, “Strict Curl”də bədəni xüsusi lövhəyə dayayaraq ancaq əllərin köməyi ilə lazım olan çəkini qaldırmaq tələb olunur.  

“Rəqabət çox ciddi idi” 

Cəfərov yeni dünya rekordu və yarış haqqında təəssüratlarını Bizim.Media ilə bölüşüb:  

“Bişkek şəhərinə dünyanın 20-dən çox ölkəsindən tanınmış idmançılar gəlmişdilər. Rəqabət çox ciddi idi. Mən 3-cü yanaşmada 72,5 kq-ı qaldıraraq dünya rekordunu yenilədim. Sonra isə 4-cü yanaşmada 75 kq çəkinin öhdəsindən gəldim. Bu nəticəyə görə çox xoşbəxtəm. Azərbaycanın bayrağını qaldırıb, himnini səsləndirdiyim üçün çox qürurluyam”. 
Qeyd edək ki, yarışda ölkəmizi təmsil edən digər idmançı Rauf Kazımov olub. Qazaxıstanda yaşasa da, Azərbaycan millisinin heyətində mübarizə aparan həmyerlimiz 67,5 kq çəki dərəcəsində mütləq çempionluğa yiyələnib. Ümumilikdə isə, idmançılarımız komanda hesabında 4-cü yeri tutublar. 

 








Rəşad Rafiqoğlu, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin