Avropa Oyunları: Atıcılar və qılıncoynadanlarımız üçün uğursuz gün

Hazırda oxunan: Avropa Oyunları: Atıcılar və qılıncoynadanlarımız üçün uğursuz gün

143326

Bu gün Polşada keçirilən 3-cü Avropa Oyunlarında qılıncoynatma idman növündə mübarizəyə start verilib. 

Bizim.Media xəbər verir ki, qılıncoynatmada ilk yarış günündə sablya növü üzrə kişilər arasında şəxsi növdə qaliblər müəyyənləşib. 

Sablyaçılarımızdan Murad Əkbərov və Saleh Məmmədov qrup mərhələsini uğurla adlayaraq pley-offa yüksəlib.

Maqsud Hüseynli və Ayxan Xasıyev isə mübarizəni qrup mərhələsində dayandırıb. Murad Əkbərov ən güclü 32-liyə yüksəlmək uğrunda keçirilən görüşdə İspaniya təmsilçisi İnaki Bravoya 9:15 hesabı ilə uduzub. Saleh Məmmədov isə pley-offda polşalı Piotr Szczepanikə 5:15 hesabı ilə məğlub olub.

Azərbaycan atıcıları isə Polşada keçirilən 3-cü Avropa Oyunlarında növbəti çıxışlarını ediblər. Regina Meftahətdinova və Nurlana Cəfərova skit növündə, Nigar Nəsirova isə 25 metr məsafədən tapança ilə atəşaçmada qüvvəsini sınayıb.
Meftahədinova 125 hədəfdən 115-ni, N.Cəfərova 109-nu dəqiq nişan alıb. Onlar növbəti mərhələyə yüksələn 8 idmançı sırasına düşə bilməyiblər. Nəsirova isə 282 xal toplayaraq, 35 iştirakçı arasında 30-cu yeri tutub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin