Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Portuqaliyanın Odivelas şəhərində keçirilən Avropa çempionatının qalibi olub.
Bizim.Media xəbər verir ki, qarışıq komanda yarışında ardıcıl olaraq Niderland, Almaniya və İtaliyaya qalib gələn yığma finalda Fransanı üstələyib.
Çempionluq uğrunda dueldə Azərbaycan seçməsi 1:3 hesabı ilə geri düşməsinə baxmayaraq, əzmkarlıq nümayiş etdirərək, ümumi hesabı 3:3 edib.
Qalibi qızıl xal müəyyənləşdirməli olub. Lakin fransalı Adrian Mivovan 60 kq çəki dərəcəsində Məhəmməd Musayevin önünə çıxmadığından, idmançımız qalib elan edilib və Azərbaycan millisi 4:3 hesablı qələbə ilə Avropa çempionatının qızıl medallarını qazanıb.
Final
Qadınlar
48 kq. Vüsalə Hacıyeva – Selia Mayllar: Qələbə
63 kq. Fidan Qasımova - Emmi Qalludek: İpponla məğlubiyyət
63 kq. Kamilla Toholiyeva – Leonie Minkada-Cakineu: İpponla məğlubiyyət
Kişilər
60 kq. Məhəmməd Musayev – Adrian Mivovan: İpponla qələbə
81 kq. Aslan Kotsoyev - Desir Zoba Kasi: İpponla qələbə
81 kq. Ramazan Əhmədov – Mateo Akiana Monqo - İpponla məğlubiyyət
Qızıl xal
60 kq. Məhəmməd Musayev – Adrian Mivovan: Qələbə
Qeyd edək ki, Avropa çempionatının fərdi yarışlarını 9 medalla başa vuran Azərbaycan millisi komanda hesabında birinci yeri tutub.
Bizim.Media
- A-
- A
- A+
İdman
20:04 / 25.06.2023
Yeniyetmə cüdoçularımız Avropa çempionu oldu
Hazırda oxunan: Yeniyetmə cüdoçularımız Avropa çempionu oldu
Hazırda oxunan: Yeniyetmə cüdoçularımız Avropa çempionu oldu
143309
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.