Polşada keçirilən III Avropa oyunlarının tərkib hissəsi olan atletika üzrə komandalar arasında Avropa çempionatında çəkic atma yarışlarındakı təmsilçimiz Anna Skidan 4-cü yeri tutub.
Bizim.Media xəbər verir ki, 71.69 metr nəticə ilə III divizionun qalibi olan Skidanı II divizionda yalnız 72.94 metr göstəricisi olan Rumıniya atleti Byanka Gelber qabaqlaya bilib.
I divizionda mübarizə aparan ateletlərdən italiyalı Sara Fantini 73.26 metr nəticə ilə qızıl medala sahib çıxıb. Finlandiyalı Silya Kosonen 72.34 metr göstərici ilə 3-cü yeri tutub.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
01:00 / 24.06.2023
Atletimiz Avropa Oyunlarında 4-cü oldu - FOTO
Hazırda oxunan: Atletimiz Avropa Oyunlarında 4-cü oldu - FOTO
Hazırda oxunan: Atletimiz Avropa Oyunlarında 4-cü oldu - FOTO
143041
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.