Bu gün “Neftçi” rəhbərliyinin baş məşqçi məsələsinə nöqtə qoyacağı gözlənilir.
Bizim.Media xəbər verir ki, ötən gün türkiyəli mütəxəssis Sərgən Yalçınla məhdud çərçivədə görüşən klubun Müşahidə Şurasının sədri Rövşən Nəcəf məşqçi ilə demək olar ki, bütün məsələlərdə razılığa gəlib.
Sərgənlə 1+1 illik müqavilənin bağlanması gözlənilir. Onun illik maaşının təxminən 1 milyon dollar olacağı gözlənilir.
Qeyd edək ki, son hadisələrdən klubun prezidenti Kamran Quliyevin xəbəri olmadığı deyilir. Məhz bu səbəbdən onun da yaxın günlərdə istefaya göndəriləcəyi və yerinə başqa şəxsin təyin olunacağı gündəmdədir.
Onu da əlavə edək ki, bu gün UEFA Konfrans Liqasında “Neftçi”nin rəqibi bəlli olacaq. “Ağ-qaralar” təxminən 1 ay sonra ilk oyuna çıxmalıdır. Bundan öncə isə paytaxt təmsilçisi Sankt Peterburqdakı beynəlxalq turnirdə iştirak edəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
13:45 / 21.06.2023
“Neftçi” bu gün Sərgən Yalçınla bağlı yekun QƏRARI VERƏCƏK
Hazırda oxunan: “Neftçi” bu gün Sərgən Yalçınla bağlı yekun QƏRARI VERƏCƏK
Hazırda oxunan: “Neftçi” bu gün Sərgən Yalçınla bağlı yekun QƏRARI VERƏCƏK
142548
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.