“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi bəlli oldu

Hazırda oxunan: “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi bəlli oldu

142400

Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. 

Bizim.Media xəbər verri ki, UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçirilən tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayıb.

Yarışda mübarizə aparacaq Azərbaycan çempionu “Qarabağ”ın rəqibi müəyyənləşib. 

Ağdam klubu Cəbəllütariqin “Linkoln Red İmps” klubu ilə qarşılaşacaq. Çempion ilk oyununu səfərdə keçirəcək. Birinci mərhələnin oyunları isə 11/12 iyul və 18/19 iyulda olacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin