"Qalatasaray" qapıçısı ilə yollarını ayırdı

Hazırda oxunan: "Qalatasaray" qapıçısı ilə yollarını ayırdı

142277

Türkiyənin "Qalatasaray" klubunda ayrılıq gerçəkləşib.  

Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisi qapıçı Okan Koçukla yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.  

28 yaşlı "əlcək sahibi"nin mövsümün sonunda başa çatan müqaviləsinin müddəti uzadılmayıb. Okan Koçukun yeni klubu da artıq bəllidir. Təcrübəli futbolçu Super Liqaya vəsiqə qazanan "Samsunspor"a keçib. "Ağ-qırmızılar" mətbuat xidməti vasitəsilə keçidi açıqlayıb.  

"Qalatasaray" Okan Koçuku 2019-cu ilin yayında "Bursaspor"dan transfer etmişdi. Türk qapıçı son mövsümdə "sarı-qırmızılar"ın heyətində 5 rəsmi matçda meydana çıxıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin