Sərgən Yalçının “Neftçi” ilə danışıqlar aparması ilə bağlı xəbər vermişdik.
Bizim Media xəbər verir ki, Türkiyəli məşqçinin klubla müqavilə bağlaması üçün hazırkı baş məşqçisi Regekampfın təzminat ödənilərək istefaya göndərilməsi mütləqdir.
Bu məsələ artıq Rumıniya mətbuatının da gündəmindədir. Belə ki, ölkənin “playsport.ro” saytı rumıniyalının 100 min dollar təzminat istədiyini yazıb.
Rumıniyalı həmkarlarımız “Neftçi” ilə bağlı başqa bir xəbər də yayıblar. Onlar iddia edir ki, Regekempfla bərabər klubun prezidenti Kamran Quliyev də istefaya göndəriləcək.
Bildirilir ki, klubun nəticələrindən razı qalmayan Bakı klubunun əsas sponsoru olan SOCAR rəhbər heyəti istefaya göndərmək qərarına gəlib. Növbəti mövsümdən “Neftçi”də əsas söz sahibinin klubun Müşahidə Şurasının olacağı bildirilir. Bir neçə gün əvvəl şirkətin komandanın əsas titul sponsoru olacağı ilə bağlı rəsmi xəbərlər də buna dəlalət edir.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
16:31 / 19.06.2023
Rumıniya mətbuatı: “Neftçi”nin prezidenti istefaya göndərilir
Hazırda oxunan: Rumıniya mətbuatı: “Neftçi”nin prezidenti istefaya göndərilir
Hazırda oxunan: Rumıniya mətbuatı: “Neftçi”nin prezidenti istefaya göndərilir
142214
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.