Sərgən Yalçın “Neftçi” ilə müqavilə İMZALAYACAQ  

Hazırda oxunan: Sərgən Yalçın “Neftçi” ilə müqavilə İMZALAYACAQ  

142134

“Neftçi” türkiyəli məşqçi Sərgən Yalçınla razılığa gəlib.  

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat verib.  

Yaxın vaxtlarda türkiyəli mütəxəssislə 2 illik müqavilə imzalanacaq. Bunun üçün əvvəlcə klubla daha bir illik müqaviləsi olan Laurentsiu Regekampfın anlaşması qarşılıqlı razılıq yolu ilə ləğv edilməlidir. Hazırda paytaxt klubunun rəsmiləri rumıniyalının təzminat məsələsini həll etməklə məşğuldur.  
Qeyd edək ki, 50 yaşlı Sergen Yalçının son klubu 2021-ci ildə ayrıldığı “Beşiktaş” olub. O, İstanbul klubunu 2020-2021 mövsümündə Türkiyə çempionu edib. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin