Azərbaycan idmançıları üçün vahid formalar təqdim olunub - FOTO/VİDEO

Hazırda oxunan: Azərbaycan idmançıları üçün vahid formalar təqdim olunub - FOTO/VİDEO

141816

2023-cü il üçün Azərbaycan milli komandalarının vahid idman geyim formasının təqdimatı olub. 

Bizim.Media xəbər verir ki, mərasim Milli Gimnastika Arenasında baş tutub. 

Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, idmançılarımızın həmişə vahid formada çıxış etməsini istəmişik. Bu arzu isə bir sıra brend şirkətlərə danışıqlardan sonra reallaşıb:

"Geyimlər üçün bir sıra şirkətlərlə danışıq aparsaq da, müsbət cavab ala bilmədik. Formanın hazırlanması 1 ildən çox vaxt aparıb. İdmançılarımız fəxr edə bilərlər ki, milli brendimizlə beynəlxalq arenalara çıxacaqlar". 

Nazir qeyd edib ki, yeni forma ilk dəfə Polşada keçiriləcək III Avropa Oyunlarında istifadə olunacaq. 

Vahid idman geyimləri yerli modelyer Mənzər Hacıyevaya etibar edilib. Onun sözlərinə görə, formalar bir sıra yerli və xarici idmançılarla söhbətlərə əsasən hazırlanıb. Formalarda milli atributlardan istifadə olunub. 
Tədbirdə Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, Olimpiya çempionları, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 
 










Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin