AFFA İcraiyyə Komitəsinin üzvü, sabiq xarici işlər naziri Elmar Məmmədyarov açıqlaması ilə sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, o, İK-nın iclasından sonra jurnalistlərə açıqlamasında Azərbaycan Premyer Liqasında 12 komandanın iştirak edəcəyini bildirib.
Hətta E.Məmmədyarov əsas çempionata gələcək komandaların “Araz Naxçıvan” və “Zaqatala” olacağını deyib. Lakin AFFA sonradan keçmiş nazirin dediklərini təkzib edib. Federasiyadan bildirilib ki, Premyer Liqada “Şamaxı” birinci diviziona düşəcək və komanda sayı 10 olacaq. Elmar Məmmədyarov isə yanlış məlumatına görə tənqid hədəfinə tuş gəlib.
AFFA-nın baş katibi Sərxan Hacıyev də jurnalistlərə açıqlamasında Elmar Məmmədyarovun dediklərini təkzib edib:
“Premyer Liqada komanda sayı artırılmayıb. Ola bilər ki, Elmar müəllim nəyisə səhv başa düşüb. Premyer Liqada 10 komanda olacaq. “Şamaxı” sonuncu yeri tutduğu üçün çempionatı tərk edir. “Araz Naxçıvan” isə Premyer Liqada mübarizə aparacaq”.
Bizim.Media
- A-
- A
- A+
İdman
14:23 / 16.06.2023
Elmar Məmmədyarov açıqlaması ilə gündəm OLDU – FOTO
Hazırda oxunan: Elmar Məmmədyarov açıqlaması ilə gündəm OLDU – FOTO
Hazırda oxunan: Elmar Məmmədyarov açıqlaması ilə gündəm OLDU – FOTO
141749
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.