AFFA Premyer Liqada komanda sayını ARTIRMAYACAQ - “İrəvan” klubu isə...

Hazırda oxunan: AFFA Premyer Liqada komanda sayını ARTIRMAYACAQ - “İrəvan” klubu isə...

141706

Bu gün “Dalğa Arena”da AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.  

Bizim.Media xəbər verir ki, iclasda futbolumuzla bağlı bir sıra vacib məsələ müzakirə olunacaq.

Ən mühüm məsələ kimi növbəti mövsüm Azərbaycan çempionatında klub sayının artırılması ilə bağlıdır. Hələ bir neçə ay öncə federasiyanın çempionatdakı klubların sayını 12-yə qaldıracağı və yüksək liqanı heç bir klubun tərk etməyəcəyi gözlənilirdi. Ancaq AFFA klub sayının indiki vəziyyətdə artırılmasını məqbul hesab etməyib.  

Bu isə o deməkdir ki, çempionatda sonuncu yeri tutan “Şamaxı”ya güzəşt olunmayacaq və bölgə təmsilçisi növbəti mövsümdən birinci divizonda yarışacaq. Əvəzində həmin divizionun qalibi “Araz Naxçıvan” Premyer Liqada oynayacaq.  
Yeri gəlmişkən, birinci divizionun özündə də yeni komandalar çıxış edəcək. AFFA növbəti mövsüm əvəzedicilərin çempionatını ayrıca təşkil edəcəyindən liqaya 4 yeni klub buraxılacaq.

Bu klubların 3-ü artıq məlumdur. Bunlar Yevlaxın “Karvan”, Saatlının “Araz”, həmçinin “İrəvan” klublarıdır. Sonuncu klub “Difai” ilə “Ağsu” arasından seçiləcək.  

İcraiyyə Komitəsində müzakirə olunacaq ən mühüm məsələlərdən biri də ikinci divizionun təşkili ilə bağlıdır. Azərbaycanda ilk dəfə keçiriləcək bu rarışda 12 komandanın iştirakı nəzərdə tutulur. 

Ümumilikdə saat 11:30-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:  

1. 2023-2024-cü illər mövsümündə I Divizionda çıxış edəcək komandaların siyahısının təsdiqi; 

2. II Divizionun təsis olunması, turnirdə iştirak edəcək komandaların siyahısının müzakirəsi; 

3. Lisenziyalaşdırma qaydaları ilə bağlı müvafiq əlavə və dəyişikliklər; 

4. Premyer Liqa və Azərbaycan kuboku uğrunda yarışın oyunlarının yayım hüququnun klublara dövlət tərəfindən ayrılan maliyyə yardımı vasitəsilə tənzimlənməsi; 

5. Premyer Liqada əvəzetmə sayı və legioner rüsumunun müzakirəsi;

6. Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinat; 

7. Digər məsələlər. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin