Millətlər Liqası: "Dördlər finalı"nda növbəti yarımfinal oyunu keçiriləcək

Hazırda oxunan: Millətlər Liqası: "Dördlər finalı"nda növbəti yarımfinal oyunu keçiriləcək

141536

UEFA Millətlər Liqasının "Dördlər finalı"nda bu gün ikinci finalçı bəlli olacaq.

Bizim.Media xəbər verir ki, yarımfinal mərhələsinin digər oyununda İspaniya və İtaliya yığmaları qarşılaşacaqlar.

Niderlandın Ensxede şəhərindəki "Tvente stadionu"nda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Matçı sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək.

Bu matçın qalibi finalda Xorvatiya millisinə rəqib olacaq. 

Qeyd edək ki, ilk yarımfinal oyununda ev sahibi olan Niderland millisi Xorvatiya yığmasını sınağa çəkib. Rotterdamdakı "Feyenoord stadionu"nda keçirilən görüş qonaqların inamlı qələbəsi ilə başa çatıb - 4:2.
UEFA Millətlər Liqası

"Dördlər finalı"

Yarımfinal

15 iyun

22:45. İspaniya - İtaliya

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

Rotterdam, "Feyenoord Stadionu"

Xatırladaq ki, "Dördlər finalı"nda həlledici oyun iyunun 18-də keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin