“Formula 1”x9d: GP2 seriyasında son yarış başlayıb

Hazırda oxunan: “Formula 1”x9d: GP2 seriyasında son yarış başlayıb

141449
Bu gün Bakıda keçirilən “Formula-1”x9d üzrə Avropa Qran-prisinə yekun vurulacaq.
xa0
Əsas yarışdan öncə GP2 pilotları sonuncu dəfə Bakı trekinə çıxıblar.
xa0
GP2 pilotları “Formula 1”x9də dəstək məqsədilə keçirilən yarışda ikinci yürüşlərini edəcəklər. Yarışda bolidlərin start düzülüşü İyunun 18-də keçirilən yürüşdə 1-8-ci pillələrdə yer alan sürücülər bu dəfə əks qaydada start xəttinə çıxıblar. Digərləri isə birinci yarışın nəticələrinə uyğun olaraq düzülüblər. Yarışın vaxtı 45 dəqiqəyə və ya 120 kilometrə qədər endirilib. Bundan əlavə, poul vəziyyəti qazanan pilot əlavə olaraq 4 xal, hər iki yarışda sürətli dövrə vuran pilotlar isə 2 xal qazanırlar.
xa0
Qeyd edək ki, GP2 iştirakçılarının ilk yürüşündə "Prema Racing" komandasından Antonio Covinatsi finişə birinci çatıb. ART komandasının üzvü Sergey Sirotkin ikinci, "Russian Time"dan Rafael Marçello isə üçüncü olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin