FİFA “Qalatasaray”a transfer qadağası tətbiq edə bilər

Hazırda oxunan: FİFA “Qalatasaray”a transfer qadağası tətbiq edə bilər

141347

FIFA Türkiyənin "Qalatasaray" klubuna transfer qadağası tətbiq edə bilər.

Bizim.Media xəbər verir ki, buna səbəb İstanbul təmsilçisinin sabiq futbolçusu Omar Elabdellauinin müqaviləsini təktərəfli qaydada ləğv etməsidir.  

Norveçli sağ cinah müdafiəçisi məsələ ilə bağlı FIFA-ya şikayət edib. Ali futbol qurumu 31 yaşlı futbolçunun lehinə qərar çıxarıb. 

"Qalatasaray" hazırda "Budo Qlimt"də çıxış edən müdafiəçiyə 2 667 709 avro təzminat ödəməlidir. "Sarı-qırmızılar" qərardan CAS-a şikayət edəcək. CAS Elabdellauini haqlı hesab etsə, klub ona təzminat ödəməli olacaq. Məbləğ ödənilməsə Türkiyə çempionuna transfer qadağası cəzası veriləcək.  

Qeyd edək ki, Omar Elabdellaui 2020-2022-ci illər arasında "Qalatasaray"da çıxış edib. Təcrübəli futbolçu övladları ilə əylənərkən əlindəki fişəngin partlaması nəticəsində gözündən ağır xəsarət almşdı.  
Buna görə də o, uzun müddət yaşıl meydanlardan kənar qalmışdı. Norveç millisinin üzvü Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin