Yola saldığımız mövsümdə “Qəbələ” Azərbaycan Premyer Liqasında əsl əzmkarlıq simvolu nümunəsi göstərdi.
Əyalət təmsilçisi məhdud büdcə və heyətlə həm Azərbaycan kubokunu qazandı, həm də turnir cədvəlində qat-qat artıq pul xərcləyən bir sıra komandaları qabaqlayaraq 4-cü pilləni tutdu.
MÖVZU İLƏ BAĞLI:
“Qəbələ” daha bir futbolçu ilə RAZILIĞA GƏLDİ
“Qəbələ”nin uğurları artıq keçmişdə qaldı. İndi gələcəyi, yeni mövsümü və Avrokubokları düşünmək lazımdır.
Əsl problemlər də burada başlayır.
Çünki qazanılan nəticədən sonra xüsusilə legionerlərin artan iştahını qarşılamaq çətindir. Bax bu səbəbdən də indi “Qəbələ” rəhbərliyini ciddi sınaq gözləyir.
Onlar büdcə təsdiqlənməmiş, AFFA-dan yeni xəbər almamış heyət qurmalı, Konfrans Liqasının oyunlarına, eyni zamanda çempionata hazırlaşmalıdır.
Daha ətraflı hazırladığımız videosüjetdə: