Parisdə keçirilən dörd Böyük Dəbilqə turnirindən biri olan "Roland Garros" turnirinin finalında serbiyalı tennisçi Novak Cokoviç norveçli Kasper Rudu məğlub edib.
Bizim.Media xəbər verir ki, görüşün nəticəsi 7:6 (7:1), 6:3, 7:5 olub. ATP reytinqində Cokoviç üçüncü, Rud isə dördüncü yerdədir.
Bu, Cokoviçin "Roland Garros"da üçüncü, karyerasında isə 23-cü Böyük Dəbilqə qalibiyyətidir. 36 yaşlı serbiyalı 22 qalibiyyəti olan ispaniyalı Rafael Nadalı geridə qoyaraq, Böyük Dəbilqə tarixində yeni rekorda imza atıb.
Kasper Ruud ardıcıl ikinci dəfə "Roland Garros"un finalında məğlub olur.
Bizim.Media
- A-
- A
- A+
İdman
06:38 / 12.06.2023
Novak Cokovic "Roland Garros"un qalibi oldu
Hazırda oxunan: Novak Cokovic "Roland Garros"un qalibi oldu
Hazırda oxunan: Novak Cokovic "Roland Garros"un qalibi oldu
140930
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.