Laporta "Barselona" klubunun prezidenti seçildi

Hazırda oxunan: Laporta "Barselona" klubunun prezidenti seçildi

14082

Joan Laporta "Barselona" klubunun prezidenti seçkilərində qələbə qazanıb.

İspaniyanın “Barselona” futbol klubunun prezidenti vəzifəsinə seçkilərdə bülletenlərin 80%-nin hesablanmasından sonra Joan Laportanın seçicilərin 57,91% səs yığdığı məlum olub.

Bizim.Media xəbər verir ki, bu, onu göstərir ki, riyazi nöqteyi-nəzərdən o artıq qələbəni əldən verməyəcək.

Seçkilərdə Laportanın rəqibləri Viktor Font və Toni Freyşa olublar. Onlar müvafiq olaraq 30,97% və 9,92% səs yığıblar.

"Barselona" artıq özünün tvitterdəki səhifəsində digər namizədlərin Laportanı təbrik eməsi barədə məlumat paylaşıb.

İspaniyanın "Barselona" futbol komandasının prezidenti vəzifəsinə yenidən seçilmiş 58 yaşlı hüquqşünas Joan Laporta argentinalı hücumçu Lionel Messinin komandadakı gələcək fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb.

"Mən Lionel Messiyə zəng vuracam. Mən Leonu qalmağa inandıra biləcəyəmmi? Bu ondan asılı olacaq, mən onun “Barsa”da qalması üçün öz gücüm və klubun iqtisadi imkanları çərçivəsində hər şeyi edəcəm", - deyə o bildirib.

Qeyd edək ki, Messinin "Barselona" ilə müqaviləsi iyunun 30-da başa çatır. Cari mövsümdə 33 yaşlı hücumçunun komandadakı hesabında 34 matçda 24 qol və 11 məhsuldar ötürmə var. (Report)

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin