Macarıstanın Eqer şəhərində gənc oğlan və qız boksçular arasında beynəlxalq turnirdə yarımfinal mərhələsinə yekun vurulub.
Bizim.Media xəbər verir ki, döyüşlərin yekuna Azərbaycan millisinin finalda mübarizə aparacaq idmançılarının sayı 7-yə çatıb.
51 kq çəkidə Sübhan Məmmədov 1/2 finalda Bertalan Kusa (Macarıstan) qalib gəlib. O, həlledici görüşdə Erik Katona (Slovakiya) ilə üz-üzə gələcək.
Tağı Nəsibov (54 kq) yarımfinalda macarıstanlı Matyas Naqi ilə qüvvəsini sınayıb. Boksçumuz ilk raundda tam üstünlüklə qələbə qazanıb. O, finalda Kozak Kevinlə döyüşəcək.
Məhəmmədəli Aşurəliyev (57 kq) də qızıl medal uğrunda mübarizəni davam etdirəcək. Yarımfinalda Atilla Farkasa 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gələn yığma üzvü finalda Milan Pazmanla (Macarıstan) münasibətinə aydınlıq gətirəcək.
Məhəmmədəli Qasımzadə (60 kq) yarımfinalda Mirko Meşarosa (Macarıstan) ikinci raundda tam üstünlüklə qalib gəlib. Təmsilçimiz çempionluq üçün Levent Olanla (Macarıstan) döyüşəcək.
75 kq-da Fərhad Şeydayev də uğurlu çıxışını davam etdirib. O, yarımfinalda Zolt Nemetdən (Macarıstan) güclü olub. Həmyerlimiz həlledici qarşılaşmada İstvan Şüslə (Macarıstan) üz-üzə gələcək.
Onlardan fərqli, İnci Məcidli (50 kq) və Ömər Aslanlı (54 kq) yarımfinalda məğlub olduqlarından bürünc medala sahib olublar.
Qeyd edək ki, bu gün keçiriləcək final döyüşlərində həmçinin Banuçiçək Nəsirli (46 kq) Silviya Meltzerlə (Rumıniya), Özləm Həsənova (63 kq) Amaliya Tuqu (Rumıniya) ilə üz-üzə gələcək.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
13:34 / 09.06.2023
Azərbaycanın 7 boksçusu finala ÇIXDI
Hazırda oxunan: Azərbaycanın 7 boksçusu finala ÇIXDI
Hazırda oxunan: Azərbaycanın 7 boksçusu finala ÇIXDI
140577
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.