Azərbaycan atleti ermənini üstələdi - Avropa vitse-çempionu oldu

Hazırda oxunan: Azərbaycan atleti ermənini üstələdi - Avropa vitse-çempionu oldu

14047

Azərbaycan atleti Aleksis Kopello Polşanın Torun şəhərində davam edən Qış Avropa çempionatında gümüş medal qazanıb.

Bizim.Media xəbər verir ki, kubalı legioner üç təkanda 17.04 metr tullanmağı bacarıb. Bununla da Kopello mövsümün ən yaxşı nəticəsini göstərib.

 

MÖVZU İLƏ BAĞLI:

Cüdoçularımızın "Böyük Dəbilqə"də qələbə sevinci


Avropa çempionluğunu əslən kubalı daha bir atlet, Portuqaliya təmsilçisi Pedro Pablo Piçardo 17,30 metr göstərici ilə əldə edib.

Almaniyalı Maks Heb isə 17,01 metr nəticə ilə bürünc medalçı olub.

Kopellonun üstələdiyi atletlər arasında Ermənistan təmsilçisi Levon Ağasyan da olub. Ağasyan 16,55 m tullanaraq, 5-ci yerlə kifayətlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin