Bu gün Türkiyə çempionatında sonuncu turun oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Konyaspor" səfərdə "Beşiktaş"la qarşılaşıb.
Oyuna ehtiyat oyunçular skamyasında başlayan Emreli 46-cı dəqiqədə meydana çıxıb. O, meydana daxil olduqdan 1 dəqiqə sonra 47-cı dəqiqədə komandasının 2-ci, bərabərlik qolunun müəllifi olub.
Beləliklə, qışda "Konyaspor"a keçən Emreli Türkiyə superliqasında 2-ci qolunu vurub. Görüş 3:3 hesabı ilə yekunlaşıb.
"Beşiktaş" 78 xalla 3-cü, "Konyaspor" 51 xalla 8-ci yerdə çempionatı başa vurub. Xatırladaq ki, bu mövsümün qalibi "Qalatasaray" (85 oyun) olub.
7 iyun
"Beşiktaş" - "Konyaspor" - 3:3
Qollar: Fernandes, 6 (1:0), Muleka, 41 (2:0), Ulgun, 45+2 (2:1), Emreli, 47 (2:2), Pozuelo, 51 (2:3), Bingöl, 62 (3:3)
Qırmızı vərəqə: Olgun, 66 ("Konyaspor")
Bizim.Media