Bu mövsüm Azərbaycan kubokunu qazanan “Qəbələ” dörd futbolçusu ilə müqaviləni yeniləyib.
Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, İlkin Qırtımov, Urfan Abbasov, Murad Musayev və Emil Səfərovla anlaşmaların müddəti uzadılıb.
Bu futbolçularla imzalanan yeni müqavilələr daha iki ili əhatə edir. Əvvəlki anlaşmaları 2022-2023-cü illər mövsümünün sonunda başa çatan oyunçular 2025-ci ilin yayına qədər “qırmızı-qara”larda çıxış edəcəklər.
“Qəbələ”nin tarixində ən çox oyun keçirən futbolçu olan Abbasov 267 dəfə (4 qol) komandanın heyətində meydana çıxıb. Musayev 104 (3 qol), Səfərov 57 (4 qol), Qırtımov 38 görüşdə "Qəbələ"nin formasını geyinib.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
22:26 / 06.06.2023
“Qəbələ” dörd futbolçu ilə müqaviləni uzatdı
Hazırda oxunan: “Qəbələ” dörd futbolçu ilə müqaviləni uzatdı
Hazırda oxunan: “Qəbələ” dörd futbolçu ilə müqaviləni uzatdı
140109
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.