"Yuventus"la müqaviləsi başa çatan Anxel Di Mariya gələcəyi ilə bağlı qərar verib.
Bizim.Media xəbər verir ki, argentinalı vinger Turin təmsilçisindən ayrıldığını açıqlayıb.
35 yaşlı futbolçu İtaliya klubunun yeni müqavilə təklifini qəbul etməyib. Hazırda azad agent statusunda olan ön xətt oyunçusu ona gələn digər təklifləri dəyərləndirir.
Qeyd edək ki, Anxel Di Mariya 2022-ci ilin yayından "Yuventus"da çıxış edirdi. Argentina millisinin üzvü komandanın heyətində meydana çıxdığı 40 rəsmi matçda 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
22:13 / 06.06.2023
Di Mariya “Yuventus”dan ayrıldı
Hazırda oxunan: Di Mariya “Yuventus”dan ayrıldı
Hazırda oxunan: Di Mariya “Yuventus”dan ayrıldı
140107
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.