Regekamp getmək üçün “Neftçi”dən 100 min istəyir

Hazırda oxunan: Regekamp getmək üçün “Neftçi”dən 100 min istəyir

139906

“Neftçi” baş məşqçisi Laurentsiu Regekamp istefaya göndərmək istəyir.  

Bizim.Media xəbər verir ki, bu barədə Rumıniyanın “playsport.ro” saytı məlumat yayıb. 

Bildirilib ki, Misli Premyer Liqasında 3-cü yeri tutan Bakı klubunun Azərbaycan Kubokunun da finalında məğlub olması rəhbərliyi radikal addımlara vadar edir. 48 yaşlı mütəxəssisin müqaviləsində xitam maddəsi var.  

Regekampf sözləşmənin qarşılıqlı razılıqla ləğvi üçün 100 min avro tələb edib. Ancaq “ağ-qaralar”ın bu məbləği ödəmək istəmədiyi vurğulanıb.  

Qeyd edək ki, Laurentsiu Regekampfın “Neftçi” ilə anlaşması gələn ilin yayına qədərdi. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin