17 qat Azərbaycan çempionu və yeni mövsümdə növbəti dəfə ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək “Araz Naxçıvan”da baş məşqçi vəzifəsinə yeni təyinat reallaşıb.
Bizim.Media xəbər verir ki, mayın 31-də müqaviləsi başa çatan Joze Alesio Da Silva və onun köməkçisi Cordan Silva ilə müqavilə yenilənməyib.
Baş məşqçi postuna Vitali Borisov təyin olunub. Ona serb mütəxəssislər – Predraq Raiç və qapıçı-məşqçi Zoran Rakiçeviç kömək edəcək. P.Raiç bir müddət EKOL komandasında çıxış edib və baş məşqçi kimi fəaliyyət göstərib. Hər 3 məşqçi ilə anlaşma 1 il müddətinədir.
Qeyd edək ki, Vitali Borisov Azərbaycan millisinin, eləcə də “Araz Naxçıvan”ın heyətində çıxış edib, kapitan sarğısını daşıyıb.
O, futzalçı kimi müxtəlif illərdə Rusiya və Serbiya klublarında da legioner həyatı yaşayıb. Məşqçi kimi isə 2 il əvvəl “Neftçi” İK-da fəaliyyət göstərib. O, komandada köməkçi-məşqçi vəzifəsini icra edib. 2021-2022-ci il mövsümündə “Neftçi” İK Yüksək Liqanın bürünc medalını qazanıb, Azərbaycan kubokunun qalibi olub.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
15:38 / 05.06.2023
“Araz Naxçıvan”da baş məşqçi DƏYİŞİKLİYİ
Hazırda oxunan: “Araz Naxçıvan”da baş məşqçi DƏYİŞİKLİYİ
Hazırda oxunan: “Araz Naxçıvan”da baş məşqçi DƏYİŞİKLİYİ
139813
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.