Atletika üzrə yeni Azərbaycan rekordu müəyhənləşdi - FOTO 

Hazırda oxunan: Atletika üzrə yeni Azərbaycan rekordu müəyhənləşdi - FOTO 

139443

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə Atletika üzrə böyüklər arasında Azərbaycan çempionatına start verilib.  

Bizim.Media xəbər verir ki, açılış mərasimində çıxış edən Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov idmançılarımızı qarşıda nüfuzlu  yarışlar gözlədiyini və bu səbəbdən ölkə çempionatının xüsusi əhəmiyyətə malik olduğunu bildirib.  

Yarışda paytaxtın müxtəlif klub və cəmiyyətlərinin təmsilçiləri ilə yanaşı, Gəncə, Naxçıvan, Astara, Bərdə, İsmayıllı və Xızı idmançıları da mübarizə aparırlar.

Ölkənin ən güclü atletlərinin qatıldığı yarış Krakovda təşkil olunacaq III Avropa Oyunlarında iştirak edəcək heyətin müəyyənləşdirilməsi baxımından həlledici əhəmiyyət daşıyır.  

Eyni zamanda Dünya Atletikasının qlobal təqvim platformasına yerləşdirilən 94-cü Azərbaycan çempionatı avqust ayında Budapeştin ev sahibliyi edəcəyi dünya çempionatı və digər nüfuzlu yarışlara reytinq xallarının qazanılması üçün önəm kəsb edir.   

Qeyd edək ki, yarışın ən maraqlı məqamlarından biri qadınların 400 metr məsafəyə qaçışında yeni Azərbaycan rekordunun müəyhənləşməsidir. Buna 55,57 saniyə nəticə göstərən Lamiyə Vəliyeva nail olub.  

Qaliblər 

100 m. Qadınlar 

Lamiyə Vəliyeva  

100 m. Kişilər 

Əlhəm Nağıyev  

400 m. Kişilər  

Cavid Məmmədov 

400 m. Qadınlar 

Lamiyə Vəliyeva ( 55.57 Azərbaycan rekordu)  

1500 m. Kişilər 

Elman Abışov 

1500 m. Qadınlar 

Anna Yusupova 

Hündürlüyə tullanma. Kişilər 

Nikita Neftyakov 

Hündürlüyə tullanma. Qadınlar. 

Ləman Hüseynova 

400 m sədlərlə qaçış. Qadınlar 

Ləman İsfəndiyarova  

Nüvə itələmə. Kişilər 

İsmayıl Əliyev 

Nüvə itələmə. Qadınlar 

Günel Hüseynova  

Üç təkanla tullanma. Kişilər  

Cabir Əliyev  

Digər növlər üzrə qaliblər isə sabah müəyyənləşəcək. 










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin