Azərbaycanın 3 taekvondoçusu növbəti mərhələyə vəsiqə qazandı

Hazırda oxunan: Azərbaycanın 3 taekvondoçusu növbəti mərhələyə vəsiqə qazandı

138910

Daha bir taekvondoçumuz Bakıda keçirilən dünya çempionatının səkkizdəbir final mərhələsinə yüksəlib.

Bizim.Media xəbər verir ki, millimizin üzvü Taleh Süleymanov (87 kq) 1/16 final mərhələsində belçikalı Manuel Polletdən üstün olub.

Daha əvvəl Əliəskər Əliyev (80 kq) və Patimat Abakarova (49 kq) səkkizdəbir finala vəsiqə qazanıblar. Ə.Əliyev növbəti mərhələdə kolumbiyalı Migel Trejos Salas, P.Abakarova Qazaxıstan idmançısı Botakoz Kapanova, T.Süleymanov isə ABŞ taekvondoçusu Miçael Rodriqez ilə qarşılaşacaq.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100 və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. İyunun 4-dək davam edəcək 26-cı dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizəyə qoşulub.
Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.

Çempionatda ümumilikdə 150-dən çox ölkədən 2000-ə yaxın qonaq iştirak edir. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin