Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində keçirilən “Norway Chess” turnirində növbəti oyununu keçirəcək.
Bizim.Media xəbər verir ki, 38 yaşlı qrossmeyster II turda Fransanı təmsil edən iranəsilli Alireza Firuzca ilə üz-üzə gələcək.
O, hazırda 1,5 xalla Uesli So (ABŞ) və Aniş Giri (Niderland) ilə birlikdə 3-5-ci yerləri bölüşdürür.
Məmmədyarov ilk turda yerli idmançı Aryan Tariyə armageddonda qalib gəlib. Firuzca isə hindistanlı Qukeş Dommarakuya uduzub.
Qeyd edək ki, “Norway Chess” iyunun 9-da başa çatacaq. Reqlamentə əsasən, birbaşa qələbəyə görə 3 xal verilir. Heç-heçə olacağı təqdirdə rəqiblər armageddonda qarşılaşırlar. Bu halda qalib 1.5, məğlub olan tərəf isə 1 xal əldə edir.
Bizim.Media
- A-
- A
- A+
İdman
09:53 / 31.05.2023
"Norway Chess": Şəhriyar Məmmədyarov iranəsilli şahmatçı ilə üz-üzə gələcək
Hazırda oxunan: "Norway Chess": Şəhriyar Məmmədyarov iranəsilli şahmatçı ilə üz-üzə gələcək
Hazırda oxunan: "Norway Chess": Şəhriyar Məmmədyarov iranəsilli şahmatçı ilə üz-üzə gələcək
138847
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.