“Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) “Sabah” və “Gəncə” komandaları arasında final seriyasının sonuncu – beşinci oyunu baş tutub.
Bizim.Media xəbər verir ki, oyunun əsas vaxtında qalib müəyyənləşməyib və qarşılaşma əlavə vaxta gedib.
“Sabah” gərgin və maraqlı oyunun yekununda “Gəncə” üzərində 86:85 hesablı qələbə qazanıb.
Final seriyasında 3:2 hesablı qələbə qazanan “Sabah” komandası Azərbaycan Basketbol Liqasında 2022/23-cü illər mövsümünün çempionu olub. Final seriyasının ən dəyərli oyunçusu (MVP) amerikalı Entoni Patti seçilib.
Ən məhsuldar basketbolçular “Sabah”dan Entoni Patti (24 xal, 13 ribaund), “Gəncə”dən Kollin Törner (26 xal, 11 asist) olublar.
Rəşad Rafiqoğlu, Bizim.Media