Hokkey üzrə dünya çempionatı başa çatıb. Finlandiya və Latviyada təşkil edilən turnirin finalında Kanada və Almaniya komandaları qarşılaşıb.
Bizim.Media xəbər verir ki, ABŞ ilə oyunda 0:2 hesabı ilə geridə olaraq dönüş yaradan almanlar bu dəfə özləri öndə olublar.
İlk iki periodda onlar hər dəfə önə keçsələr də, kanadalılar tarazlığı bərpa ediblər. Son periodda isə artıq Kanada komandası üstünlüyü ələ almağı bacarıb.
Almanlar isə buna cavab verə bilməyiblər. Beləliklə, 5:2 hesabı ilə qələbə qazanan Kanada millisi dünya çempionu olub. Xatırladaq ki, onlar keçən il finalda Finlandiya komandasına məğlub olmuşdular.
Bu titul ümumilikdə Kanada üçün 28-ci olub. Bununla da onlar dünya çempionatları tarixində SSRİ (Rusiya) komandasını kuboklara görə qabaqlayaraq ilk pilləni zəbt ediblər.
Əlavə edək ki, 3-cü yeri tutaraq tarixində ilk dəfə bürünc medal qazanan Latviya millisi azarkeşlərinə böyük sevinc bəxş edib. Ölkə rəhbərliyi bu hadisəylə əlaqədar 29 mayı ümummilli bayram elan edib. Latışların qapıçısı Artur Şilov turnirin ən yaxşı oyunçusu seçilib. Ayrı-ayrı mövqelərə görə götürdükdə isə Şilov ən yaxşı qapıçı , kanadalı Makkenzi Viqar ən yaxşı müdafiəçi, Almaniya millisindən Con Ceyson Peterka isə ən yaxşı hücumçu seçilib.
Qeyd edək ki, növbəti dünya çempionatı gələn il mayın 11-dən 26-dək Çexiyanın Praqa və Ostrava şəhərlərində təşkil ediləcək.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
13:04 / 29.05.2023
Xokkey üzrə dünya çempionu BƏLLİ OLDU
Hazırda oxunan: Xokkey üzrə dünya çempionu BƏLLİ OLDU
Hazırda oxunan: Xokkey üzrə dünya çempionu BƏLLİ OLDU
138549
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.