Ukraynanın 236 idmançısı xüsusi icazə ilə xaricə yollansa da, tədbirləri başa çatdıqdan sonra geri qayıtmayıb. Bu barədə Ukraynanın Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Bizim.Media yerli mətbuata istinadən xəbər verir ki, həmin idmançılar sonradan qayıtmaq şərti ilə yarışlarda iştirak etmək üçün ölkəni tərk etmək icazəsi alsalar da, şərtləri pozurlar.
Onların arasında “Zirə”nin formasını geyinən hücumçu Vladislav Kulaç da var. Ancaq 30 yaşlı forvardın çıxış etdiyi Azərbaycan Premyer Liqasında mövsüm hələ bitməyib.
Bakılılar bu gün mövsümün son turunda “Sumqayıt”ın qonağı olacaqlar. Üstəlik, Kulaçın “Zirə” ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.
Qeyd edək ki, Vladislav Kulaç “Zirə”yə bu ilin yanvarında Kiyev “Dinamo”sundan keçib.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
12:07 / 27.05.2023
“Zirə”nin legioneri Ukraynaya qayıtmayanlar arasında
Hazırda oxunan: “Zirə”nin legioneri Ukraynaya qayıtmayanlar arasında
Hazırda oxunan: “Zirə”nin legioneri Ukraynaya qayıtmayanlar arasında
138248
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.