Burak Yılmaz Niderland klubundan ayrılır

Hazırda oxunan: Burak Yılmaz Niderland klubundan ayrılır

138191

Türkiyə millisinin sabiq üzvü Burak Yılmaz bu mövsümün sonunda Niderlandın "Fortuna Sittard" klubudan ayrılacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə 37 yaşlı hücumçu özünün "Tvitter" hesabında yazıb:

"Növbəti mövsüm "Fortuna Sittard"da oynamayacağam. Klubda nələrin yaşandığını ən qısa zamanda açıqlayacağam". 

Qeyd edək ki,  B.Yılmaz ötən ilin iyununda "Fortuna Sittard"la 5 illik müqavilə imzalayıb. O, bu mövsüm meydana çıxdığı 27 matçda 9 qol vurub. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin